Toplayırıq
Kənd sakinlərindən, tədqiqatçılardan və arxivlərdən foto, sənəd və xatirələr.
Dvill mədəni irs layihəsidir. Onun yeganə məqsədi Gürcüstanın azərbaycanlı icmalarının mədəni yaddaşını qorumaqdır: məktəbləri, məkanları, dili, hekayələri və ailə fotolarını.
Dvill (digital villages, rəqəmsal kəndlər) Gürcüstanın azərbaycanlı kəndlərinin mədəni yaddaşını toplayan rəqəmsal arxivdir. Hər kənd üçün ayrıca səhifə hazırlayırıq: tarix, məktəb, məkanlar, dil, fotolar və insanların xatirələri.
Layihə Qaratəhlədən başlayıb. Kvemo Kartli kəndlərindəki məktəblər haqqında seriya Instagram-da davam edir və tədricən sayta köçür.
Bəyanat
Dvill qeyri-siyasi mədəni layihədir. Yeganə məqsədi Gürcüstanın azərbaycanlı kəndlərinin yerli mədəniyyətini qorumaq və yaşatmaqdır: məktəblərini, məkanlarını, dilini və xatirələrini. Biz siyasi bəyanatlar vermirik, siyasi məsələlərdə mövqe bildirmirik və heç bir dövlətin, partiyanın və ya təşkilatın adından danışmırıq. Gürcüstanın qanunlarına və onun bütün icmalarına hörmətlə yanaşırıq. Müsahiblərin fikirləri onların şəxsi fikirləridir və Dvill-in mövqeyini əks etdirmir.
Kənd sakinlərindən, tədqiqatçılardan və arxivlərdən foto, sənəd və xatirələr.
Hər faktı mənbə ilə tutuşdururuq. Mənbəsi olmayan məlumatı dərc etmirik.
Hər fotonun və hər faktın mənbəyini göstəririk.
Şurəddin Məmmədli
Gürcüstan Azərbaycanlıları
Tbilisi, 2006. Azərbaycanlıların yaşadığı kəndlər üzrə statistik-ensiklopedik soraq kitabı.
Dr. Aygül İsayeva
Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər
2026. Azərbaycandilli məktəblərdə ana dilinin öyrənilməsi haqqında tədqiqat.
Gürcüstan Milli Statistika Xidməti
2024-cü il əhali və kənd təsərrüfatı siyahıyaalması
Geostat. Bələdiyyələr üzrə etnik tərkib və kəndlərin əhalisi.
Report.az
Gürcüstanda azərbaycandilli məktəblərin sayı
2 noyabr 2021. 2021/22 tədris ilində 116 azərbaycandilli təhsil müəssisəsi.