Kənd
BÖYÜKBƏYLƏR
Marneuli bələdiyyəsi, Kvemo Kartli
Bəylər kəndi Xram çayının sahilində, Marneulidən 9 km cənub-qərbdə, dəniz səviyyəsindən 360 m yüksəklikdə yerləşir.

- Çay
- Xram çayının sahili
- Marneulidən
- 9 km cənub-qərbdə
- Hündürlük
- 360 m
- Əhali, 2024
- 411 nəfər
Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 59–60. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.
Nº 01Fotolar

Kənd ictimai məktəbi. Sentyabr 2026: bina təmir olunur, hələ tam istifadəyə verilməyib.
Foto: Dr. Aygül İsayevanın izni ilə.
Nº 02Xronologiya
- 1870Əhali: 20 ailədə 134 nəfər.
- 1918Əhali: 71 nəfər.
- 1926Əhali: 36 ailədə 106 nəfər.
- 2002Əhali: 200 nəfər.
- 2005Bəylərdəki Vahid Mirzəyev adına təməl məktəbdə 90 şagird oxuyurdu (kitabda məktəbin Bəylərin hansı hissəsində olduğu göstərilmir).
- 2024Siyahıyaalma: 411 nəfər (Geostat).
Qeydlər
- Ş. Məmmədli Bəylər kəndini bir yazıda təsvir edir, Böyük Bəylər və Bala Bəylər üçün isə əhali rəqəmlərini ayrıca verir. Yerləşmə və məktəb haqqında məlumat bütövlükdə Bəylərə aiddir; burada verilən əhali rəqəmləri Böyük Bəylər üçündür.
Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 59–60. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.
Böyük Bəylər kəndindənsiniz? Foto, sənəd və xatirələrinizi göndərin, səhifəni birlikdə tamamlayaq.
Paylaş