Nº 13 / 14

Kənd

QOÇULU

Bolnisi bələdiyyəsi, Kvemo Kartli

Qoçulu Maşaver (Cavala) çayının sağ sahilində, Bolnisidən 11 km şərqdə, dəniz səviyyəsindən 480 m yüksəklikdə yerləşir. Kəndin üstündə Qoçulu qalası ucalır, çayın üzərində isə orta əsrlərə aid Əyri körpü durur.


Çay
Maşaverin sağ sahili
Bolnisidən
11 km şərqdə
Hündürlük
480 m
Məktəb
İctimai məktəb, yeni bina
Əhali, 2024
1 282 nəfər

Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 22–23. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.

Nº 01Fotolar
Qoçulu: Məktəbin yeni binası
01

Məktəbin yeni binası

Foto: Dr. Aygül İsayevanın izni ilə.

Məktəblər seriyası: Nº 02
Nº 02Xronologiya
  1. 1870Əhali: 30 ailədə 201 nəfər.
  2. 1926Əhali: 76 ailədə 383 nəfər.
  3. 2002Əhali: 494 ailədə 1 623 nəfər (788 kişi, 835 qadın).
  4. 2005Məmməd Çıraqov adına orta məktəbdə 226 şagird oxuyurdu.
  5. 2006Əhali: 466 ailədə 1 476 nəfər.
  6. 2024Siyahıyaalma: 1 282 nəfər (Geostat).

Qeydlər

  • 2024-cü il siyahıyaalmasında kənd rəsmi adı ilə, Çapala (ჭაპალა) kimi verilir.
  • Ş. Məmmədliyə görə, el arasında Qoçulu qalasına Qız qalası, Cavalaşam qalası və Koroğlu qalası da deyirlər.

Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 22–23. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.

Qoçulu kəndindənsiniz? Foto, sənəd və xatirələrinizi göndərin, səhifəni birlikdə tamamlayaq.

Paylaş