Nº 01 / 14

Kənd

QARA
TƏHLƏ

Qardabani bələdiyyəsi, Kvemo Kartli

KÜR ÇAYITBİLİSİ13 KM355 M · SOL SAHİLQARATƏHLƏSXEM · MİQYASSIZ

Çay
Kürün sol sahili
Tbilisidən
13 km şərqdə
Hündürlük
355 m
Dünyəvi məktəb (Təhlə)
1919
Əhali, 2024
1 671 nəfər

Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 42, 44, 49–50. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.

Nº 01Kənd haqqında

Qaratəhlə Gürcüstanın Kvemo Kartli regionunda, Qardabani bələdiyyəsində yerləşən kənddir. Kür çayının sol sahilində, Tbilisidən 13 km şərqdə, Tbilisi–Bakı dəmiryolunun yaxınlığındadır.

Təhlə adı iki eli birləşdirir: Ağtəhlə və Qaratəhlə. Ş. Məmmədliyə görə, toponim məşhur Təklə tayfasının adını əks etdirir.

Ş. Məmmədli (2006) Qaratəhləni Qardabani rayonunun əhalisi tamamilə azərbaycanlı olan kəndləri sırasında göstərir.

Bu səhifə kəndin rəqəmsal yaddaşıdır: tarixi, dili, xəritəsi, fotoları və sakinlərinin xatirələri. Material göndərmək istəyirsinizsə, bizə yazın.