Kənd
SADAXLI
Marneuli bələdiyyəsi, Kvemo Kartli
Sadaxlı Dəvədöy və Bənövşəsu (Çaxrax) çaylarının qovuşduğu yerdə, Sop dağının ətəyində, Marneulidən 30 km cənubda, dəniz səviyyəsindən 460 m yüksəklikdə yerləşir. Kənd Gürcüstanın Ermənistanla sərhədində, dəmir yolunun kənarındadır.

- Çaylar
- Dəvədöy və Bənövşəsu (Çaxrax) çaylarının qovuşuğu
- Marneulidən
- 30 km cənubda
- Hündürlük
- 460 m
- Məktəb
- 1903-cü ildə yaradılıb
- Əhali, 2024
- 10 032 nəfər
Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 75–77. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.
Nº 01Fotolar



Fotolar: Dr. Aygül İsayevanın izni ilə.
Nº 02Xronologiya
- 18-ci əsrŞ. Məmmədliyə görə, kənddə 18-ci əsrdən məscid var.
- 1870Əhali: 191 ailədə 1 280 nəfər.
- 1885Hacı Bayram və Hacı Hüseynalı başqa bir məscid tikiblər.
- 1903Dünyəvi məktəb yaradılıb.
- 1926Əhali: 445 ailədə 2 033 nəfər.
- 1979Əhali: 6 144 nəfər.
- 1989Əhali: 7 180 nəfər.
- 2000Əhali: 2 500 ailədə 9 486 nəfər.
- 2005Yusif Heydərov adına 1 saylı orta məktəbdə 821 şagird oxuyurdu, 57 müəllim çalışırdı; 2 saylı orta məktəbdə 902 şagird, 63 müəllim vardı.
- 2024Siyahıyaalma: 10 032 nəfər (Geostat).
Qeydlər
- Ş. Məmmədli toponimin qədim bulqarların bir qolu olan Sodaq tayfasının və ya Satak türk tayfasının adını əks etdirdiyini ehtimal edir.
Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 75–77. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.
Sadaxlı kəndindənsiniz? Foto, sənəd və xatirələrinizi göndərin, səhifəni birlikdə tamamlayaq.
Paylaş