Kənd
KƏPƏNƏKÇİ
Marneuli bələdiyyəsi, Kvemo Kartli
Kəpənəkçi Kür çayının sağ sahilində, Marneulidən 25 km şərqdə, Tbilisi ilə Sınıqkörpü arasındakı avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 290 m yüksəklikdə yerləşir.

- Çay
- Kür çayının sağ sahili
- Marneulidən
- 25 km şərqdə
- Yol
- Tbilisi ilə Sınıqkörpü arasındakı yol
- Hündürlük
- 290 m
- Əhali, 2024
- 1 044 nəfər
Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 66–67. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.
Nº 01Fotolar

Kənd ictimai məktəbi. Videodan kadr
Foto: Dr. Aygül İsayevanın izni ilə.
Nº 02Xronologiya
- 1803Əhali: 165 ailədə 500 nəfər.
- 1870Əhali: 61 ailədə 409 nəfər.
- 1886Əhali: 49 ailədə 360 nəfər.
- 1926Əhali: 135 ailədə 480 nəfər.
- 1950-ci illərə qədərKənd Dəmirçihasanlı nahiyəsinin və kənd sovetinin mərkəzi olub.
- 2002Əhali: 318 ailədə 1 383 nəfər (711 kişi, 672 qadın).
- 2005Orta məktəbdə 235 şagird oxuyurdu, 26 müəllim çalışırdı.
- 2024Siyahıyaalma: 1 044 nəfər (Geostat).
Qeydlər
- Ş. Məmmədliyə görə, tarixi mənbələrdə kənd Kəpənəkçi-Dəmirçihasanlı kimi qeyd olunur; ona Kürüstü-Kəpənəkçi də deyilir.
- Ş. Məmmədliyə görə, toponimin qədim peçeneq türk tayfasının Kapan/Kəpən qolu ilə bağlı olduğu ehtimal edilir.
Mənbə: Ş. Məmmədli, «Gürcüstan Azərbaycanlıları», Tbilisi, 2006, s. 66–67. Əhali (2024): Geostat, 2024-cü il siyahıyaalması.
Kəpənəkçi kəndindənsiniz? Foto, sənəd və xatirələrinizi göndərin, səhifəni birlikdə tamamlayaq.
Paylaş